Kredit kartının üzərindəki nömrələr nə anlama gəlir?

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
Kredit kartının üzərindəki nömrələr nə anlama gəlir?

Kart nömrəsi nədir?

Kredit kartının ön tərəfində 16 rəqəmdən ibarət olan və hissələrə bölündükdə müəyyən mənalar ifadə edən bir sahə yer alır. Bir çox kredit kartında bu 16 rəqəm yazılır və 4+4+4+4 formatında, boşluqlarla ayrılmış olur. Kredit kartı nömrəsi adlandırılan bu rəqəmlər, onlayn alış-verişlərdə, internet bankçılığına girişdə və digər maliyyə əməliyyatlarında tez-tez istifadə olunur.
Bu 16 rəqəmin ilk 2 rəqəmi, kartın hansı sektorda istifadə edildiyinə görə dəyişir. Məsələn:
  • 1 və 2 ilə başlayan kartlar hava yolları sektoruna,
  • 3 ilə başlayanlar səyahət və əyləncə sektoruna,
  • 4 və 5 bankçılıq və maliyyə sektoruna,
  • 6 ticarət və bank kartlarına,
  • 7 neft sektoruna,
  • 8 isə telekommunikasiya sektoruna aiddir.


Ən çox istifadə olunan ödəniş sistemləri Visa və Mastercarddır. Əgər kart nömrənizin ilk rəqəmi 4-dürsə, bu Visa kart; 5-dirsə, bu Mastercard kart istifadə etdiyinizi göstərir.
Kart üzərindəki 16 rəqəmin ilk 6 və ya 8 rəqəmi, kartı verən bankı göstərir. Bu məlumat Bank Identifikasiya Nömrəsi (BIN) adlanır və kartın hansı banka aid olduğunu müəyyənləşdirir.
American Express ödəniş sisteminə aid olan kredit kartlarının nömrələri isə 15 rəqəmdən ibarət olur. Bu kartlar 34xx xx və ya 37xx xx formatında başlayır. 3-cü və 4-cü rəqəmlər, kartın fərdi və ya kommersiya məqsədli olduğunu və istifadə olunan valyutanı göstərir. 5-ci ilə 11-ci rəqəmlər arasındakı hissə isə hesab nömrəsini ifadə edir. 12, 13 və 14-cü rəqəmlər, həmin hesab daxilində alt hesabı göstərir, sonuncu – 15-ci rəqəm isə nəzarət rəqəmi kimi istifadə olunur.
Bir çox kart sahibləri müştəri nömrəsini kart üzərində tapmaqda çətinlik çəkə bilər. Kartda bu məlumatın yer alıb-almaması isə kartı təqdim edən banka görə dəyişir.
Əksər hallarda müştəri nömrəsi, kartın üzərindəki 16 rəqəmli nömrənin daxilində yerləşir. Konkret olaraq, 7-ci rəqəmdən başlayaraq 15-ci rəqəmə qədər olan 9 rəqəm, şəxsi və unikal müştəri nömrəsini təmsil edir. İlk 6 rəqəm isə ümumi sistemə aid olub digər istifadəçilərlə eyni ola bilər. 16-cı rəqəm isə nəzarət rəqəmi (check digit) adlanır.
Bu rəqəm Luhn Alqoritmi əsasında hesablanır və kart nömrəsinin düzgünlüyünü yoxlamaq üçün istifadə olunur. Çünki dünyada kredit kartı fırıldaqları geniş yayıldığından, banklar və ödəniş sistemləri təhlükəsizlik mexanizmlərini davamlı olaraq təkmilləşdirir. Check digit metodu da bu tədbirlərdən biridir.

Kredit kartının son istifadə tarixi nədir?

İstifadə etdiyimiz bir çox məhsulda olduğu kimi, kredit kartlarının da bir son istifadə tarixi mövcuddur. Kredit kartları bankların mövcud texnologiyası ilə hazırlanır. Lakin hər sahədə olduğu kimi, kart texnologiyalarında da yenilikləri izləmək vacibdir.
Kredit kartları adətən 5 illik istifadə müddətinə malikdir, bu isə həm yeni texnologiyaların tətbiqini təmin etmək, həm də fiziki zədələnmiş kartların yenilənməsinə imkan yaratmaq məqsədi daşıyır. Bir çox banka, kartın aktivləşdiyi gündən etibarən 5 il sonra kartı istifadə üçün bağlayır. Buna görə də kartın yeni kredit kartı ilə əvəzlənməsi tələb olunur.
Kredit kartının ön tərəfindəki 16 rəqəmdən əlavə, 4 rəqəmdən ibarət başqa bir sahə də olur. Bu rəqəmlər adətən kart sahibinin adının sağ üst küncündə yerləşir və kartın son istifadə tarixini ifadə edir. Onlayn alış-verişlərdə bu tarix çox tez-tez istifadə olunur.
Bu 4 rəqəmi “/” işarəsi iki hissəyə ayırır və tarix ay/il formasında yazılır. Məsələn, 11/24 yazılmışsa, bu kartın 2024-cü ilin noyabr ayının sonuna qədər istifadə oluna biləcəyini göstərir. İl hissəsinin yalnız son iki rəqəmi yazılır – 2024 yox, sadəcə 24. Bəzi kartlarda bu tarix qabartmalı deyil, sadə şəkildə çap olunur. Bu məlumatın kart üzərindən silinmə ehtimalını nəzərə alaraq bir yerə qeyd etməyiniz tövsiyə olunur.
Digər məhsullarda olduğu kimi, son istifadə tarixi keçmiş kredit kartları da artıq istifadə oluna bilməz. Belə hallarda kart deaktiv olur, heç bir əməliyyat yerinə yetirilə bilməz. Bu cür problemlərin qarşısını almaq üçün banklar kartın son istifadə tarixi yaxınlaşdıqda müştərilərlə əlaqə saxlayır.
Əgər bu baş verməzsə, müştəri bankın çağrı mərkəzi ilə əlaqə saxlamalı və vəziyyəti bildirməlidir. Əgər kartın istifadə müddəti bitibsə, ATM vasitəsilə əməliyyat aparmaq istədikdə cihaz kartı qaytarmaya bilər, POS terminalında isə "keçərsiz kart" xəbərdarlısı ilə qarşılaşa bilərsiniz.

Tehlukesizlik kodu nedir?

Kredit kartlarının arxa tərəfində adətən bir sahədə yerləşən rəqəmlər olur. Əgər istifadə etdiyiniz kart American Expressdirsə, bu rəqəmlər kartın ön tərəfində yerləşə bilər. American Express kartlarında bu kod 4 rəqəmdən ibarətdir. Visa və MasterCard kimi ödəniş sistemlərinə məxsus kartların arxa tərəfində yerləşən təhlükəsizlik kodları adətən 3 rəqəmdən ibarətdir.
CVV (Card Validation Value) – Visa kartlarına aiddir və kartın arxa hissəsində, imza zolağının üstündə yerləşir.
CVC (Card Validation Code) isə MasterCard kartlarında istifadə olunur və eyni şəkildə kartın arxa tərəfində yerləşir.
Kredit kartı şifrəsi ATM və POS cihazlarında istifadə olunur. Təhlükəsizlik səbəbindən, internet üzərindən aparılan alış-verişlərdə kart şifrəsi tələb olunmur. Buna görə də onlayn alış-veriş zamanı şifrə əvəzinə CVV kodu daxil edilir.
Kartın təhlükəsizlik kodu onlayn alış-verişlərin həm təhlükəsiz, həm də rahat şəkildə həyata keçirilməsinə şərait yaradır və mümkün fırıldaqçılıq risklərini azaldır. CVV kodu daxil edilərkən virtual klaviaturadan istifadə olunması tövsiyə olunur.
Karta intensiv istifadədən sonra CVV kodu silinə bilər. Belə kartla nağd pul çıxarma və fiziki mağazada alış-veriş etmək mümkün olsa da, onlayn alış-verişlərdə CVV kodu tələb olunduğu üçün bu mümkün olmur.
Belə hallarda bankınızın müştəri xidmətləri ilə əlaqə saxlamalı və yeni kart tələb etməlisiniz. Bu problemin qarşısını almaq üçün, CVV kodunu da bir yerə qeyd etməniz məsləhətlidir, eyni son istifadə tarixində olduğu kimi.