ruaz

Pultap.az platformasında (bundan sonra – Platforma) qeydiyyatdan keçməklə, siz, şəxsi məlumat subyekti olaraq, "Pultap" MMC-yə (bundan sonra – Cəmiyyət), ünvanı: Caspian Plaza Biznes Mərkəzi, Cəfər Cabbarlı küçəsi 44, Bakı, şəxsi məlumatlarınızın emalı üçün razılıq vermiş olursunuz.

Bu Qaydalara əsasən, şəxsi məlumatlar dedikdə, birbaşa və ya dolayısı ilə fiziki şəxsə (vətəndaşa) aid olan hər hansı məlumat nəzərdə tutulur. Belə məlumatlara, o cümlədən, aşağıdakılar aiddir: ad, soyad, ata adı, doğum ili, ayı, günü və yeri, telefon nömrəsi, ünvan, ailə, sosial və maddi vəziyyətlə bağlı məlumatlar, təhsil, peşə, gəlirlər haqqında məlumatlar və Platformadan istifadə zamanı avtomatik ötürülən digər məlumatlar.

Bu Qaydalara əsasən, şəxsi məlumatların emalı dedikdə, avtomatlaşdırılmış vasitələrlə və ya belə vasitələr olmadan şəxsi məlumatlar üzərində həyata keçirilən hər hansı əməl (əməliyyat) və ya əməliyyatlar toplusu nəzərdə tutulur. Bu əməliyyatlara aşağıdakılar daxildir: toplama, əldəetmə, qeydəalma, sistemləşdirmə, yığma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişmə), çıxarma, istifadə, ötürmə (yayılma, təqdimetmə, giriş), şəxssizləşdirmə, bloklama, silmə, məhv etmə.

Cəmiyyət tərəfindən emal olunan bütün şəxsi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məxfi və ciddi qorunan informasiya hesab olunur.

Tərəfinizdən təqdim olunan məlumatlar yalnız və yalnız göstərilən xidmətlərin tam və keyfiyyətli göstərilməsi, sizin tanınmanız və əlaqə qurulması, göstərilən xidmətlər və məhsullar haqqında məlumat verilməsi, analizlərin aparılması, texniki idarəetmə və Platformanın marketinq və digər məqsədlərlə təkmilləşdirilməsi üçün toplanır və saxlanılır.

Cəmiyyət, məlumatlarınızın təhlükəsiz saxlanmasını və emalını təmin etmək üçün tədbirlər görür. Bu tədbirlərə məlumatlara icazəsiz çıxış və ya yayılma risklərini azaltmağa yönəlmiş prosedurlar və texniki proseslər daxildir. Məlumatların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq təşkilati, texniki və fiziki təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.

Cəmiyyət, şəxsi məlumatların təqdim edilməsindən imtina etməyinizə imkan yaradır. Əgər şəxsi məlumatlarınızı təqdim etməkdən imtina etsəniz, Platforma xidmətlərindən istifadə hüququnuzun təmin olunacağına zəmanət verilmir.

İmtina barədə müraciətinizi aşağıdakı ünvana göndərin: info@pultap.az

Siz, şəxsi məlumatlarınızın silinməsini də tələb edə bilərsiniz. Belə müraciət aldıqdan sonra, sizin haqqınızda toplanmış bütün məlumatlar silinəcək və Platforma xidmətlərindən istifadə hüququnuz təmin olunmayacaq.

Məlumatların silinməsi ilə bağlı müraciət ünvanı: info@pultap.az

Şəxsi məlumatlarınızı təqdim etməklə, siz Cəmiyyətin xidmətləri, layihələri, aksiyaları, proqramları və tədbirləri barədə reklam xarakterli məlumatlandırıcı xəbər bülletenlərini (Email və ya SMS vasitəsilə) almağa razılıq vermiş olursunuz (bundan sonra – "Bülleten").

Siz istənilən vaxt Cəmiyyət tərəfindən göndərilən reklam və informasiya materiallarının alınmasından imtina edə bilərsiniz.

İmtina üçün müraciətinizi info@pultap.az ünvanına göndərin.

Bülletenlərdən imtina etdiyiniz halda, Cəmiyyətin xidmətləri, layihələri, aksiyaları, proqramları və tədbirləri haqqında operativ şəkildə məlumat alma imkanınız məhdudlaşacaq.

Şəxsi məlumatların emalına verdiyiniz razılıq, Platformada xüsusi ayrılmış qeyd qutusunda (checkbox) işarə qoyduğunuz andan etibarən qüvvəyə minir və Platforma xidmətlərindən imtana etdiyinizə və ya müvafiq sorğu göndərdiyinizə qədər qüvvədə qalır.

Cəmiyyət istənilən vaxt bu Qaydaları yeniləmək və ya dəyişmək hüququnu özündə saxlayır və siz Qaydaları vaxtaşırı nəzərdən keçirməlisiniz.

Qaydalarda hər hansı dəyişiklik olduqdan sonra Platformadan istifadəni davam etdirməyiniz bu dəyişiklikləri qəbul etdiyiniz və onlara əməl etməyə razı olduğunuz anlamına gəlir.

Əgər Cəmiyyət bu Qaydalarda əhəmiyyətli dəyişikliklər edərsə, bu barədə sizi təqdim etdiyiniz e-poçt ünvanı vasitəsilə və ya Platformada elan yerləşdirməklə məlumatlandıracaq.

Yüklənir...