“Cashless Effect” (Nağdsızlıq Effekti) nədir?

Cashless Effect nədir?
Cashless Effect, əsasən alış-veriş və ya hər hansı bir xərcləmə zamanı nağd pul yerinə kredit kartı istifadə etmə meylimizi izah edən bir anlayışdır. Bir çox insanda müşahidə olunan bu meylin arxasında isə təəccüblü, lakin ayın sonunda pulun bitməsinə səbəb olan psixoloji proseslər dayanır.
Milyonlarla insan üçün cüzdan yalnız nağd pul xərclənəndə “yüngülləşir. ”Bu səbəbdən insanlar fiziki pul istifadə etmədikdə, daha çox xərcləməyə meyilli olurlar.
Yəni ayın sonunu “pul qalmayıb” deyə keçirənlərin əksəriyyəti, xərcləmələrini kredit kartı ilə etdiyi üçün, xərcləmənin psixoloji təsirini hiss etmir – ta ki, ayın sonuna qədər!
Tarixi və ilk tədqiqat
"Cashless Effect" termini ilk dəfə 1979-cu ildə marketinq və iqtisadiyyat sahəsində nəzəriyyəçi olan Elizabeth Hirschman tərəfindən irəli sürülüb. Hirschman, bir mağazalar şəbəkəsində apardığı araşdırma nəticəsində bu fenomeni ortaya çıxarıb.
Kredit kartı ilə ödəniş edən müştərilər məhsulun qiymətinə deyil, xüsusiyyətlərinə diqqət yetirirdilər. Başqa sözlə, kredit kartı istifadə edənlər pul xərcləmə ilə bağlı daha az narahatlıq hiss edir və çox daha rahat şəkildə alış-veriş edirdilər.
Bu narahatlığın olmaması isə nəticədə ayın sonunda maddi sıxıntının qaçılmaz olmasına gətirib çıxarırdı. Yəni Hirschman-ın “Cashless Effect” adlandırdığı bu hal, alış-veriş zamanı kredit kartından istifadə etməyin daha az maliyyə narahatlığı, daha çox xərcləmə və ayın sonunda pulun bitməsi ilə nəticələndiyini göstərirdi!
Cashless Effect gündəlik həyatımızda nə qədər geniş yayılıb?
Bu halın bu qədər yayğın olmasının əsas səbəblərindən biri rəqəmsal dövrdə yaşamağımızdır.
Bu gün dünya iqtisadiyyatında dövr edən pulun böyük bir hissəsi rəqəmsal formada dəyişdirilir. Minlərlə insan qazandığı pulu heç vaxt fiziki formada görmür. Nəticədə dünya üzrə xərcləmələrin də böyük hissəsi rəqəmsal ödənişlərlə baş tutur.
Bundan əlavə, Bitcoin və digər kriptovalyutaların yayılması, həm pulun, həm də iqtisadiyyatın tamamilə rəqəmsallaşmasına səbəb olur.
Psixoloji təsirlər
Ancaq Cashless Effect sadəcə rəqəmsallaşma ilə əlaqəli deyil – bu fenomenin formalaşmasında psixoloji amillər də çox böyük rol oynayır.
Təsəvvür edin, bir mağazada büdcənizə uyğun olmayan bir məhsul gördünüz. Nağd pul ilə ödəməli olsanız, çox güman ki, o məhsulu almazsınız. Ancaq işin içinə kredit kartı daxil olduqda vəziyyət dəyişir!
Kredit kartı ilə fiziki pul itirmədiyiniz üçün, məhsulu almağa meyiliniz artır. Hətta bir çox insan kredit kartlarının verdiyi aldadıcı rahatlıqla, heç pul xərcləmədiyini düşünür. Kredit kartının da limitli olduğunu və borcun geri ödənməli olduğunu isə – ən azından ayın sonuna qədər unudur!
Kredit kartları populyarlaşdıqca Cashless Effect (Nağdsızlıq Effekti) daha da yayılır
Son illərdə iqtisadiyyat və ticarət sahəsində önəmli dəyişikliklər baş verir. Məsələn, “taksitlə alış-veriş” bu gün alış-veriş sisteminin ən vacib elementlərindən birinə çevrilib.
Nəticədə Cashless Effect, yəni Nağdsızlıq Effekti, hər gün daha çox insanın ayın sonunda pulsuz qalmasına səbəb olur.
Rəqəmsal alış-verişin rahatlığı
Bununla yanaşı, rəqəmsal alış-verişin gətirdiyi rahatlıq da Cashless Effect-in böyüyən bir problemə çevrilməsində mühüm rol oynayır.
Onlayn alış-verişlər üçün isə çox zaman kredit kartı lazım olur. Kredit kartlarının bu gün alış-verişin əsas vasitəsinə çevrilməsi, insanların həm xərcləmə vərdişlərini dəyişir, həm də daha çox xərcləməyə səbəb olur, nəticədə Cashless Effect gündən-günə daha böyük bir problemə çevrilir.
Mütəxəssislərə görə Cashless Effect tamamilə yox edilə biləcək bir problem deyil!
Çünki yaşadığımız dövr bir çox baxımdan “nağdsız alış-verişi” məcburi hala gətirib.
Bununla yanaşı, rəqəmsal alış-verişin istehlakçıya yaratdığı rahatlıq da inkar edilə bilməz. O zaman belə çıxır ki, istehlakçılar nağdsız alış-verişə, onunla birlikdə də Cashless Effect-in təhlükəli təsirlərinə, yəni ayın sonunda pulsuz qalmağa məhkumdurlar?
Cashless Effect-in dağıdıcı təsirlərindən qorunmaq üçün nə etmək olar?
Əlbəttə, Cashless Effect-dən xilas olmağın ən yaxşı yolu kredit kartı istifadə etməməkdir. Lakin rəqəmsal dövrdə kredit kartından tamamilə imtina etmək reallığa uyğun görünmür.
Məsələn:
- Müntəzəm olaraq və ya böyük alış-verişlərdən əvvəl büdcə planı hazırlamaq,
- Kredit kartı limitlərini öz nəzarətiniz altında saxlamaq,
Əgər bütün bunlara baxmayaraq hələ də Cashless Effect-in acı nəticələri ilə qarşılaşırsınızsa, son çarə olaraq alış-verişə gedərkən kredit kartlarınızı evdə qoymağı sınaya bilərsiniz…


