Domen Sistemi (DNS) nədir və necə işləyir?

DNS Nədir?
Domen Adı Sistemi (Domain Name System – DNS) internetin telefon kitabçasıdır. Veb brauzerlər internetdə əlaqə qurmaq üçün IP (İnternet Protokolu) ünvanlarından istifadə edirlər. DNS sistemi isə domen adlarını IP ünvanlarına çevirərək brauzerlərin müxtəlif internet resurslarına daxil olmasına şərait yaradır. İnternetə qoşulan hər bir cihazın digərləri tərəfindən tanınması və tapılması üçün özünə məxsus unikal IP ünvanı mövcuddur. DNS serverləri isə insanların hər veb sayt üçün IP ünvanını yadda saxlamağına ehtiyac olmadan, brauzerlərinə sadə sözlər daxil etməsinə imkan yaradır.
DNS Necə İşləyir?
DNS həlli prosesi bir host adının kompüterin anlaya biləcəyi IP ünvanına (məsələn, 192.168.1.1) çevrilməsi prosesidir. İnternetdəki hər bir cihazın özünə aid IP ünvanı olur və bu ünvan, getmək istədiyiniz müəyyən bir məkanı tapmaq üçün küçə ünvanının istifadə olunmasına bənzəyir. DNS-lər də uyğun internet cihazını tapmaq üçün vacibdir.
İstifadəçi bir veb səhifəsini açmaq istədikdə, brauzerə yazdığı ünvanla pultap.az veb səhifəsini tapmaq üçün tələb olunan ünvan arasında bir çevirmə prosesi həyata keçirilir.
DNS həllinin altında yatan prosesi anlamaq üçün bir DNS sorğusunun keçməli olduğu müxtəlif aparat komponentləri haqqında məlumatlı olmaq vacibdir. Veb brauzer üçün DNS axtarışı “pərdə arxasında” baş verir və ilkin sorğu xaric istifadəçinin kompüterindən əlavə heç bir qarşılıqlı əlaqə tələb etmir.
DNS Serveri Nədir?
DNS serveri, DNS sisteminin işlədiyi mexanizmə verilən ümumi addır.
DNS Serverlərinin Növləri Hansılardır?
Veb səhifə yüklənmə prosesində 4 DNS serveri iştirak edir:
1. DNS Recursor
Recursor kitabxananın hər hansı bir bölməsində müəyyən bir kitabı tapması istənilən kitabxanaçı kimi düşünülə bilər. DNS recursor, veb brauzerlər kimi tətbiqlər vasitəsilə müştəri kompüterlərindən sorğuları almaq üçün nəzərdə tutulmuş serverdir. Adətən müştərinin DNS sorğusunu qarşılamaq üçün əlavə sorğular etməklə məsuldur.
2. Root Nameserver
Root Nameserver, istifadəçilər tərəfindən oxuna bilən host adlarını IP ünvanlarına çevirməyin ilk addımıdır. Kitabxanada müxtəlif kitab rəflərinə işarə edən kataloq kimi düşünülə bilər; adətən daha spesifik yerlərə yönləndirmə funksiyası daşıyır.
3. TLD Nameserver
Üst səviyyə domen serveri (Top Level Domain – TLD), kitabxanadakı bir kitab rəfi kimi təsəvvür edilə bilər. Bu server tələb olunan IP ünvanını tapmağın növbəti addımıdır və host adının son hissəsini saxlayır.
4. Authoritative Nameserver
Authoritative Nameserver isə kitab rəfindəki bir lüğət kimi düşünülə bilər. Bu server DNS sorğusunun son dayanacağıdır. Əgər Authoritative server tələb olunan qeydə malikdirsə, host adının IP ünvanını DNS Recursor-a (kitabxanaçıya) geri göndərir.
DNS Həll Edicisi (Resolver) Nədir?
DNS həll edici (resolver), DNS axtarışındakı ilk dayanacaqdır və müştəri ilə işləməkdən məsuldur. Həll edici, nəticədə URL-in lazım olan IP ünvanına çevrilməsinə səbəb olan sorğu ardıcıllığını başladır.
Recursive DNS sorğusu ilə resolver DNS həll edicisi arasındakı fərqi anlamaq vacibdir:
- Sorğu – DNS həll edicisinə yönəldilən tələbdir və IP ünvanına çevrilməni tələb edir.
- Recursive DNS – təkrarlanan sorğunu qəbul edən və tələbi yerinə yetirən cavabı işləyən kompüterdir.
Authoritative DNS Həll Edicisi
Bir çox DNS xidməti ilə Cloudflare-in təqdim etdiyi xidmət arasında mühüm fərq vardır. Google DNS, OpenDNS kimi müxtəlif rekursiv DNS həll ediciləri, eləcə də Comcast kimi provayderlər DNS həll edicilərin məlumat mərkəzi infrastrukturunu idarə edirlər. Bu sistemlər xüsusi qurulmuş serverlər vasitəsilə DNS sorğularını optimallaşdırır və istifadəçilərə daha sürətli, sadə cavablar təqdim edir.
Lakin bu sorğular, Cloudflare tərəfindən yerləşdirilən ad serverlərindən əsaslı şəkildə fərqlənir.
DNS Qeyd Növləri Hansılardır?
DNS qeydləri əsasən Zona Faylı (Bölmə Faylı) adlanan DNS serverlərində yaradılan və saxlanılan təlimatlardır. Bu qeydlər domen adları və host adları haqqında vacib məlumatlar təqdim edir. Bunları müəssisə siyahıları və ya kataloqlar kimi düşünmək faydalı ola bilər. Bu “siyahılar” DNS serverlərinin sorğuları lazım olan ünvana yönləndirməsinə kömək edir.
Əsas DNS qeydləri:
A Qeydi: Ən geniş istifadə edilən DNS qeydlərindən biridir və tam kvalifikasiya olunmuş domen adını (FQDN) bir IPv4 ünvanı ilə əlaqələndirir. Bu qeyd, domen adlarını IP ünvanlarına çevirərək tərcüməçi rolunu icra edir.
AAAA Qeydi: A qeydinə bənzəyir, lakin IPv6 ünvanı ilə uyğunlaşdırır (məsələn, smartfonlar varsa, IPv6-ya üstünlük verir).
CNAME Qeydi: Başqa bir domenə və ya alt-domenə yönləndirən, lakin heç vaxt IP ünvanı olmayan ləqəblərdir. FQDN-dən FQDN-ə yönləndirərək bir neçə host-u eyni yerdə birləşdirir. IP ünvanı dəyişdirildikdə istifadəçi parametrlərinə təsir etmədən dəyişiklik etməyə imkan verdiyi üçün faydalıdır.
ANAD Qeydi: Domeninizin əsasını bir host adına və ya FQDN-ə yönləndirməyə imkan verir.
SOA Qeydi: Domenlər haqqında məlumatları saxlayır və DNS zonasının ikinci dərəcəli ad serverlərinə necə yayılacağını idarə edir.
NS Qeydi: Hər hansı bir domen və ya alt domen üçün hansı ad serverlərinin səlahiyyətli olduğunu göstərir. (CNAME-yə yönləndirilməməlidir.)
MX Qeydi (Mail Exchange): E-poçtların hansı serverə çatdırılacağını müəyyənləşdirir. Bu, IP ünvanına deyil, poçt serverinə yönləndirilməlidir.
TXT Qeydi: Administratorların yalnız məhdud sayda istifadəçi və cihaz tərəfindən oxuna bilən qeydlər əlavə etməsinə imkan verir. E-poçt təsdiqləməsi, sayt və sahiblik təsdiqi, SPF siyasətləri üçün istifadə olunur.
SRV Qeydi: İnstan mesencer və ya VoIP kimi xidmətlərin ayrıca host və port ünvanına yönləndirilməsinə imkan verir.
PTR Qeydi: IP ünvanlarını domen adları ilə uyğunlaşdırır və A/AAAA qeydlərinin tərsidir. Bu qeydlər domen səlahiyyəti tələb edir və digər DNS qeydləri ilə eyni zonada yerləşmir (tərs zonalarda saxlanılır).
SPF Qeydi: E-poçt saxtakarlığının qarşısını almağa kömək edir və spam göndərilməsini məhdudlaşdırır.
DNS Üçün Zəruri Olan Fayl Növləri Hansılardır?
Fayl növləri olmadan DNS işlətmək mümkün deyil. Buna görə də fayl növlərini yaxşı bilmək vacibdir:
- Boot: DNS işə düşəndə oxunan ilk fayl növüdür.
- Local: Kompüterin göstərdiyi ünvanın həll olunması üçün istifadə edilir.
- CA: Root Server, yəni ünvanların saxlanıldığı fayl növü – named.ca.
- Hosts: DNS sahəsində çalışan bütün ünvanların saxlandığı fayl – named.hosts.
- Reverse: named.hosts faylında saxlanılan IP ünvanlarının maşın adına çevrilməsi üçün istifadə edilən fayl – named.reverse.
DNS Ayarları Necə Edilir?
“DNS Nədir?” sualı qədər, “DNS Ayarları Necə Edilir?” sualı da olduqca önəmlidir.
DNS ayarları – domen daxilindəki istifadəçilərin unikal domen adlarından istifadə edərək veb sayt və e-poçt xidmətlərinə çıxışını təmin edən xüsusi qeydlərdir. DNS qeydləri adlanan bu parametrlər həm saytların, həm də əlaqəli onlayn xidmətlərin görünürlüğünü müəyyən edir. Müxtəlif DNS idarəetmə panelləri vasitəsilə bu ayarlarda dəyişikliklər etmək mümkündür.
Adətən DNS ayarlarında edilən dəyişikliklərin bütün DNS serverlərinə yayılması üçün müəyyən vaxta ehtiyac olur. Tez-tez edilən dəyişikliklər bu yayılma müddətini uzada bilər. Buna görə də domeninizin DNS ayarlarını mümkün qədər az dəyişməyiniz tövsiyə olunur.


