Yığılan pul necə dəyərləndirilə bilər?

Yığım Hesabı Nədir?
Bankda pul yığmaq, çox vaxt ən etibarlı yığım üsulu sayılır. Bankda pul saxlamaq üçün isə adətən yığım hesabı açılır. Risksiz bir üsul olduğuna görə üstünlük verilən bu hesab nədir və necə açılır?
Yığım hesabı, müddətli əmanət hesabının bir növüdür. Fərqi ondadır ki, müddəti gözləmədən də pul çıxarmaq mümkündür. Bankdan banka dəyişən faiz dərəcələri mövcuddur. Mövcud faiz nisbətinə görə gündəlik faiz hesablanır. Əgər müddətin sonuna qədər gözləyirsinizsə, qazancınız daha yüksək olur. Lakin əgər müddət başa çatmamış vəsaiti çıxarsanız, həmin vaxta qədər yığılan faiz məbləği əsas vəsaitə əlavə olunaraq sizə ödənilir.
Yığım hesabı açmaq üçün əvvəlcə əmanət hesabınız olmalıdır. Mövcud hesabınız vasitəsilə yığım hesabı açaraq oradakı pulu bu hesaba köçürə bilərsiniz. Hesabın müddətini isə təqdim olunan variantlar arasından siz seçirsiniz.
Yığım Etmək Üçün Qazanmalı Olduğumuz Vərdişlər Hansılardır?
Yığım etməyin ilk şərti büdcə planlaması aparmaqdır. Əvvəlcə ailənizin ümumi gəlirini hesablamaq lazımdır. Bu hesablamaya yalnız maaşınızı deyil, varsa əlavə gəlirlərinizi də daxil etməlisiniz. Sonra əsas ehtiyacları ayırıb qalan hissəni sosial fəaliyyətlərə ayıra bilərsiniz. Bu planlamanı edərkən mütləq yığım üçün müəyyən məbləğ ayırmalısınız. Hər ay yığım etmək üçün ən təsirli vərdişlərdən biri də budur.
Qənaət və yığım prosesini asanlaşdıracaq bir sıra faydalı vərdişlər:
- Hər alış-veriş zamanı ehtiyac olub-olmadığını sorğulamaq
- Gəlir-xərc izləməsi üçün mobil tətbiqlərdən istifadə etmək
- Kredit kartından nəzarətli şəkildə istifadə etmək
- Əsas ehtiyaclar xaricindəki alış-verişləri təxirə salmaq
- Artıq məhsulları yenidən dəyərləndirmək
Yığım Etməyin Yolları Nələrdir?
Yığım etməyin bir çox yolu mövcuddur. Əsas məsələ isə bu yollar arasından sizə ən uyğun olanını tapmaqdır. Büdcənizə uyğun olmayan metodlar yığım etmə prosesinizi çətinləşdirə bilər. Əgər qısa zamanda böyük gəlir əldə etmək üçün investisiyaya yönəlmək istəyirsinizsə, tələsməməlisiniz. Çünki investisiya vasitələrində risk yüksəkdir və maliyyə savadlılığı tələb olunur.
Daha az riskli və asan yığım metodlarından bəziləri:
- Məcburi ödənişlər arasına yığım hesabını da əlavə etmək
- Yığım üçün konkret hədəf məbləğ təyin etmək
- Borcları mümkün qədər tez ödəmək
- Borclanmadan alış-veriş etmək
- Tətili evdə keçirmək
Ən Populyar Pul Yığma Vərdişləri Hansılardır?
Pul yığmaq üçün hansı üsulu seçəcəyinizə qərar verə bilmirsinizsə, populyar vərdişlərə baxa bilərsiniz. Aşağıda həm indiki yığımlarınızı dəyərləndirməyə, həm də gələcəkdə yığım etməyə davam etməyinizə imkan verəcək ən populyar qənaət vərdişləri qeyd olunub:
- Müddətli əmanət və ya yığım hesabı açmaq
- Evdə pul qabına pul yığmaq
- Xərc idarəetməsi aparmaq
- Əlavə gəlir mənbəyi tapmaq
Evlilər üçün Pul Yigmagin Yollari Nələrdir?
Tək olanda yığım etməklə, evli ikən yığım etmək arasında əhəmiyyətli fərqlər var. Gəlirlər və xərclər bir neçə şəxs üçün keçərlidir. Bu səbəblə ortaq hərəkət etmək vacibdir. İlk növbədə həyat yoldaşınızı, varsa uşaqlarınızı da bu prosesə daxil etməlisiniz. Yığım planlarınızı əvvəlcədən müəyyənləşdirməlisiniz.
Evlilər üçün yığım üsullarına nümunələr:
- Ayın əvvəlində büdcə planı hazırlamaq
- Əvvəl qənaət, sonra yığım prinsipi ilə hərəkət etmək
- Bütün ailə üzvlərinin qatıldığı ortaq bir hesab açmaq
- Bütün kredit kartlarını müntəzəm izləmək
- Lazımsız abunəlikləri ləğv etmək və minimallaşdırmaq