Xalq Bank
Valyuta məzənnəsi
Noyabr, 2025Ayın fürsətləri
Bank haqqında
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan ASC "Xalq" Bankı, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir.
Dürüstlük və şəffaflıq, etimad və hörmət, sürət və operativlik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma işimizin əsas prinsipləridir. Bizim peşəkar heyətimiz, geniş filial şəbəkəmiz və onlayn servislərimiz hər zaman xidmətinizdədir.Maliyyə dünyasında Xalq Bank Sizin etibarlı tərəfdaşınız və faydalı təlimatçınızdır.
ASC "Xalq" Bankının Strateji Baxışı və Missiya Bəyanatı ilə burada tanış ola bilərsiniz.
Müştəri rəyləri
Tez tez verilən suallar
Pultap.az vasitəsilə Xalq bank kredit məhsullarını digər təkliflərlə müqayisə edib onlayn müraciət edə bilərsiniz. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra müraciət bank tərəfindən yoxlanılır.
İlk olaraq online qaydada müraciət edirsiniz və məlumatlarınızı daxil edirsiz. Daha sonra adətən şəxsiyyət vəsiqəsi, gəlir haqqında arayış (Egov məlumatları da kifayət edir) və bəzən zamin tələb olunur. Kredit növündən asılı olaraq əlavə sənədlər də istənə bilər.
Faiz dərəcəsi kredit məbləği, müddət və müştərinin kredit tarixçəsinə görə dəyişir. Səhifədəki Xalq bank kredit kalkulyator ilə təxmini aylıq ödənişi görə bilərsiniz.
Səhifədən uyğun Xalq bank kartı seçib onlayn müraciət edə bilərsiniz. Bank məlumatlarınızı təsdiqlədikdən sonra kartı filialdan götürə və ya çatdırılma ilə ala bilərsiniz.
Sualınız olarsa Pultap.az vasitəsilə müraciət göndərə, həmçinin bankın rəsmi qaynar xətti və ya onlayn dəstək xidmətindən istifadə edə bilərsiniz.










