Premium bank
Valyuta məzənnəsi
Noyabr, 2025Ayın fürsətləri
Bank haqqında
Azərbaycan Respublikasında bank sektoru ən stabil və dinamik inkişaf edən sahələrdən biridir. Ölkə iqtisadiyyatı yalnız neft sektoru hesabına deyil, həmçinin sənaye və digər sahələrin sayəsində də inkişaf edir. Bildiyimiz kimi son dövrlərdə neft sektorunun ölkə iqtisadiyyatındakı payı azalmağa başlamışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsinin hədəflənməsi istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər görməkdədir. Ölkəyə idxal olunan sənaye avadanlıqlarının vergi, gömrük və digər rüsumlardan azad olunmasına və ya daha münasib şərtlərlə tətbiq olunmasına dair qəbul edilmiş qərarlar bunun bariz nümunəsidir.
Azərbaycanda pərakəndə bank xidmətlərinin bazarı kiçik artım templəri ilə inkişaf etməkdədir. Onun sonrakı inkişafına aşağıdakı amillər xidmət edə bilər: əhalinin banklara etibarının artması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi. Müntəzəm surətdə aparılan marketinq tədqiqatlarının nəticələrinə əsasən bazarın tələbatına uyğun məhsul və xidmətlər portfelinin formalaşması xidmət keyfiyyətinin yüksəldilməsi bank fəaliyyətinə çox müsbət tövfələr verə bilər. Məlum olduğu kimi, istənilən bazar tələbat və təklif münasibətləri və adekvat qiymət əsasında xarakterizə oluna bilir. O bazarlar perspektivli olacaqdır ki, orada ödəmə qabiliyyətli tələbatlar təkliflər üzərində üstünlük təşkil edəcəkdir.
“PREMIUM BANK” ASC-nın əsas hədəf planı (əldə edilən mənfəət və səhmdar sərmayəsi hesabına) nizamnamə kapitalının artırılması, nüfüzlü banklarla rəqabətin gücləndirilməsi, biznesin inkişafı və ən əsası bankın imicinin qorunmasına yönəldiləcəkdir. Bununla yanaşı Bank, xarici iqtisadi əlaqələrinin və fəaliyyətinin genişləndirilməsi məqsədilə xidmət sahələrinin şaxələnməsini (müxbir əlaqələr, xarici ölkələrdə nümayəndəliklər və s) planlaşdırır. Burada əsas məqsəd müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərməkdən ibarətdir. Bankın müştəri bazası əsasən iqtisadiyyatın hava nəqliyyatı sektoruna fokuslaşmışdır. Bütün növ bank xidmətlərini əhaliyə yüksək keyfiyyət, şəffaf münasibət və səviyyəli xidmətlə təklif etmək Bankın əsas prioritetlərindəndir.
Müştəri rəyləri
Tez tez verilən suallar
Pultap.az vasitəsilə Premium Bank kredit məhsullarını digər təkliflərlə müqayisə edib onlayn müraciət edə bilərsiniz. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra müraciət bank tərəfindən yoxlanılır.
İlk olaraq online qaydada müraciət edirsiniz və məlumatlarınızı daxil edirsiz. Daha sonra adətən şəxsiyyət vəsiqəsi, gəlir haqqında arayış (Egov məlumatları da kifayət edir) və bəzən zamin tələb olunur. Kredit növündən asılı olaraq əlavə sənədlər də istənə bilər.
Faiz dərəcəsi kredit məbləği, müddət və müştərinin kredit tarixçəsinə görə dəyişir. Səhifədəki Premium Bank kredit kalkulyator ilə təxmini aylıq ödənişi görə bilərsiniz.
Səhifədən uyğun Premium Bank kartı seçib onlayn müraciət edə bilərsiniz. Bank məlumatlarınızı təsdiqlədikdən sonra kartı filialdan götürə və ya çatdırılma ilə ala bilərsiniz.
Sualınız olarsa Pultap.az vasitəsilə müraciət göndərə, həmçinin bankın rəsmi qaynar xətti və ya onlayn dəstək xidmətindən istifadə edə bilərsiniz.










