Azər-türk Bank
Valyuta məzənnəsi
Noyabr, 2025Ayın fürsətləri
Bank haqqında
Ümumi məlumat
Tərəfdaşlıq
“Azər-Türk Bank” ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasiyasının, MasterCard International-ın, Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyinin (SWIFT), AzəriCard Prosessinq Mərkəzinin, Hökumət Ödəmə Portalının, Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin tərəfdaşıdır.
FATCA
Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından isə bu cür müştəriləri barədə məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə aparmaq və federal vergi gəlirlərini artırmaqdır.
“Azər-Türk Bank” ASC də FATCA tələblərinə uyğun olaraq Daxili Gəlirlər İdarəsinin (IRS) elektron portalında qeydiyyatdan keçmişdir.
- FATCA statusu: Model 1 IGA uyğun olaraq hesabat verən maliyyə institutu
- Qlobal Eyniləşdirmə Nömrəsi (GIIN): 64ILK7.99999.SL.031
Müştəri rəyləri
Tez tez verilən suallar
Pultap.az vasitəsilə Azər-türk bank kredit məhsullarını digər təkliflərlə müqayisə edib onlayn müraciət edə bilərsiniz. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra müraciət bank tərəfindən yoxlanılır.
İlk olaraq online qaydada müraciət edirsiniz və məlumatlarınızı daxil edirsiz. Daha sonra adətən şəxsiyyət vəsiqəsi, gəlir haqqında arayış (Egov məlumatları da kifayət edir) və bəzən zamin tələb olunur. Kredit növündən asılı olaraq əlavə sənədlər də istənə bilər.
Faiz dərəcəsi kredit məbləği, müddət və müştərinin kredit tarixçəsinə görə dəyişir. Səhifədəki Azər-türk bank kredit kalkulyator ilə təxmini aylıq ödənişi görə bilərsiniz.
Səhifədən uyğun Azər-türk bank kartı seçib onlayn müraciət edə bilərsiniz. Bank məlumatlarınızı təsdiqlədikdən sonra kartı filialdan götürə və ya çatdırılma ilə ala bilərsiniz.
Sualınız olarsa Pultap.az vasitəsilə müraciət göndərə, həmçinin bankın rəsmi qaynar xətti və ya onlayn dəstək xidmətindən istifadə edə bilərsiniz.










