
Premium bank
Valyuta məzənnəsi
Sentyabr, 2025Ayın fürsətləri
Bank haqqında

Azərbaycan Respublikasında bank sektoru ən stabil və dinamik inkişaf edən sahələrdən biridir. Ölkə iqtisadiyyatı yalnız neft sektoru hesabına deyil, həmçinin sənaye və digər sahələrin sayəsində də inkişaf edir. Bildiyimiz kimi son dövrlərdə neft sektorunun ölkə iqtisadiyyatındakı payı azalmağa başlamışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsinin hədəflənməsi istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər görməkdədir. Ölkəyə idxal olunan sənaye avadanlıqlarının vergi, gömrük və digər rüsumlardan azad olunmasına və ya daha münasib şərtlərlə tətbiq olunmasına dair qəbul edilmiş qərarlar bunun bariz nümunəsidir.
Azərbaycanda pərakəndə bank xidmətlərinin bazarı kiçik artım templəri ilə inkişaf etməkdədir. Onun sonrakı inkişafına aşağıdakı amillər xidmət edə bilər: əhalinin banklara etibarının artması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi. Müntəzəm surətdə aparılan marketinq tədqiqatlarının nəticələrinə əsasən bazarın tələbatına uyğun məhsul və xidmətlər portfelinin formalaşması xidmət keyfiyyətinin yüksəldilməsi bank fəaliyyətinə çox müsbət tövfələr verə bilər. Məlum olduğu kimi, istənilən bazar tələbat və təklif münasibətləri və adekvat qiymət əsasında xarakterizə oluna bilir. O bazarlar perspektivli olacaqdır ki, orada ödəmə qabiliyyətli tələbatlar təkliflər üzərində üstünlük təşkil edəcəkdir.
“PREMIUM BANK” ASC-nın əsas hədəf planı (əldə edilən mənfəət və səhmdar sərmayəsi hesabına) nizamnamə kapitalının artırılması, nüfüzlü banklarla rəqabətin gücləndirilməsi, biznesin inkişafı və ən əsası bankın imicinin qorunmasına yönəldiləcəkdir. Bununla yanaşı Bank, xarici iqtisadi əlaqələrinin və fəaliyyətinin genişləndirilməsi məqsədilə xidmət sahələrinin şaxələnməsini (müxbir əlaqələr, xarici ölkələrdə nümayəndəliklər və s) planlaşdırır. Burada əsas məqsəd müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərməkdən ibarətdir. Bankın müştəri bazası əsasən iqtisadiyyatın hava nəqliyyatı sektoruna fokuslaşmışdır. Bütün növ bank xidmətlərini əhaliyə yüksək keyfiyyət, şəffaf münasibət və səviyyəli xidmətlə təklif etmək Bankın əsas prioritetlərindəndir.
Müştəri rəyləri
Bütün rəylərə bax