
PAŞA BANK
Valyuta məzənnəsi
Sentyabr, 2025Ayın fürsətləri
Bank haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank aktivlərinin həcminə görə TOP-3 banklar siyahısına daxildir. 31 dekabr 2024-cü il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 903 mln AZN, aktivlərinin həcmi isə 8,619 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.
Müştəri rəyləri
Bütün rəylərə bax