
Azər-türk Bank
Valyuta məzənnəsi
Sentyabr, 2025Ayın fürsətləri
Bank haqqında

Ümumi məlumat
Tərəfdaşlıq
“Azər-Türk Bank” ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasiyasının, MasterCard International-ın, Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyinin (SWIFT), AzəriCard Prosessinq Mərkəzinin, Hökumət Ödəmə Portalının, Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin tərəfdaşıdır.
FATCA
Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından isə bu cür müştəriləri barədə məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə aparmaq və federal vergi gəlirlərini artırmaqdır.
“Azər-Türk Bank” ASC də FATCA tələblərinə uyğun olaraq Daxili Gəlirlər İdarəsinin (IRS) elektron portalında qeydiyyatdan keçmişdir.
- FATCA statusu: Model 1 IGA uyğun olaraq hesabat verən maliyyə institutu
- Qlobal Eyniləşdirmə Nömrəsi (GIIN): 64ILK7.99999.SL.031
Müştəri rəyləri
Bütün rəylərə bax